...

Tovuzda qatar avtomobillə toqquşub, ölən var

Hadisə Materials 23 Aprel 2013 11:28 (UTC +04:00)
Tovuzda qatar avtomobillə toqquşub, nəticədə qadın dünyasını dəyişib.
Tovuzda qatar avtomobillə toqquşub, ölən var

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Tovuzda qatar avtomobillə toqquşub, qadın dünyasını dəyişib.

Trend Türkel TV-yə istinadən bildirir ki, aprelin 22-də saat 21:00 radələrində Tovuz rayon Alokol kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu dəfə qəza avtomagistralda deyil, dəmir yolunda baş verib. Belə ki, Ağstafadan Bakıya gedən qatar Tovuz rayon Qovlar şəhər sakini İlqar Hüseynovun idarə etdiyi "QAZ 3110" markalı avtomobillə toqquşub. Nəticədə avtomobilin sərnişini, orta yaşlı qadın dünyasını dəyişib, sürücü isə xəsarət alıb.

Qeyd edək ki, hadisə baş verən ərazində qatar avtomobili 200 metr sürükləyib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti