Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/
Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 3-ü saat 23:20 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində Abşeron rayon sakini Kamran Şıxıyev idarə etdiyi "KamAZ" markalı avtomobillə piyada, Bakı şəhər sakini Məlahət Quliyevanı vurub.
Piyada xəsarətlə Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Məlahət Quliyeva orada ölüb.