...

Bakıda “KamAZ”la “VAZ” toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə Materials 16 Sentyabr 2013 15:03 (UTC +04:00)
Bakının Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.
Bakıda “KamAZ”la “VAZ” toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakının Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində baş verən qəza zamanı ölən və yaralananlar var.

Trend Daxili İşlər Naziriliyinin (DİN) rəsmi sayıtna istinadən xəbər verir ki, sentyabrın 16-da saat 01.15 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində Bakı şəhər sakini İqbal Qələmovun idarə etdiyi "VAZ-21015" markalı və Saatlı rayon sakini İsa Abdullayevin idarə etdiyi "KamAZ-5511" markalı avtomaşınlar toqquşub.

Nəticədə İqbal Qələmovun sərnişinləri, Bakı şəhər sakinləri Bənövşə Hüseynova, Elmira Hüseynova və Yeganə Hüseynova xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Bənövşə Hüseynova orada ölüb.

Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti