...

Zaqatalada minik avtomobili teplovozla toqquşub

Hadisə Materials 10 Oktyabr 2013 13:07 (UTC +04:00)
Zaqatala Dəmiryol Stansiyasının ərazisindəki qorunmayan keçiddə qəza hadisəsi baş verib.
Zaqatalada minik avtomobili teplovozla toqquşub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Zaqatala Dəmiryol Stansiyasının ərazisindəki qorunmayan keçiddə qəza hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 9-da saat 09.40 radələrində Zaqatala Dəmiryol Stansiyasının ərazisindəki qorunmayan keçiddə rayon sakini Ramin Əliyev idarə etdiyi "Hyundai" markalı avtomaşını teplovoza vurub.

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, yolda hərəkət dayanmayıb.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti