...

Bakıda “avtoşlar”ın yarışmasının təhlükəli sonluğu (VİDEO)

Hadisə Materials 28 Noyabr 2013 11:44 (UTC +04:00)
Bakıda gecə saatlarında yolda sürət yarışına çıxan avtomobillərdən biri qəza törədib.
Bakıda “avtoşlar”ın yarışmasının təhlükəli sonluğu (VİDEO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda gecə saatlarında yolda sürət yarışına çıxan avtomobillərdən biri qəza törədib.

Trend xəbər verir ki, paytaxtda gecə vaxtı iki avtoxuliqan yolda sürətlə ötüşərkən onlardan biri qarşısına çıxan digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirməyib və üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozub.

Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün "lotu"luğu idarə etdiyi avtomobilin yolun sol kənarında dayanmış "cip"lə toqquşması ilə nəticələnib. "Cip" isə zərbənin təsirindən arxada dayanmış digər minik avtomobilinə, o da özündən sonrakı avtomobilə dəyib və beləliklə qəza zəncirvari xarakter alıb.

Qəzanı törədən avtomobil toqquşmadan sonra tüstülənməyə başlayıb. Bu zaman avtomobilldə "avtoş" sürücüdən başqa daha dörd dostunun olduğu məlum olub.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti