Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İzzət/
Bakıda yük avtomobilinin iştirakı ilə baş verən qəzada minik avtomobilinin sürücüsü ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 28-i saat 02:00 radələrində Binəqədi-Balaxanı yolunda Cəlilabad rayon sakini İsmayıl Bayramovun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Bakı şəhər sakini Elşad Hümbətovun idarə etdiyi "Chevrolet" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində E.Hümbətov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.