Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları fevralın 3-də Məmmədqasım Məmmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin kim tərəfindən törədildiyini müəyyən ediblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "KamAZ" markalı avtomobilin sürücüsü, şəhər sakini İlham İsrafilov tərəfindən törədildiyi məlum olub.
Xəstəxanaya yerləşdirilmiş M.Məmmədov isə fevralın 4-də orada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılıb.