...

Bakıda avtomobil piyada qadını vurararaq öldürüb

Hadisə Materials 16 Aprel 2014 10:30 (UTC +04:00)
Bakıda piyada qadın «VAZ-2107»nin qurbanı olub.
Bakıda avtomobil piyada qadını vurararaq öldürüb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda piyada qadın "VAZ-2107"nin qurbanı olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-i saat 16 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakinləri Natiq Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sevda İslamovanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti