...

Kürdəmirdə 4 avtomobilin toqquşması nəticəsində bir azyaşlı ölüb, 4 nəfər yaralanıb

Hadisə Materials 1 İyul 2014 13:48
Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb.
Kürdəmirdə 4 avtomobilin toqquşması nəticəsində bir azyaşlı ölüb, 4 nəfər yaralanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 30-da saat 19 radələrində Kürdəmir rayonu Sığırlı kəndinin ərazisində Tovuz rayon sakinləri Müstəcəb İsgəndərovun idarə etdiyi "MAN", Niyaməddin Kərimovun idarə etdiyi "KamAZ", Şabran şəhər sakini Mehrab Məmmədtağıyevin idarə etdiyi "VAZ-21074" və "TİR" markalı avtomobillər toqquşublar.

"TİR" markalı avtomobil hadisə yerini tərk edib.

"VAZ-21074" markalı avtomobildə, M.Məmmədtağıyevin sərnişinlərindən azyaşlı oğlu Yusif hadisə yerində ölüb, digər sərnişinləri - arvadı Ofeliya, qızları Günel və Mehriban, habelə N.Kərimov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti