...

Xaçmazda avtomobil at arabasına, sonra isə “KamAZ”a çırpılıb, ölən var

Hadisə Materials 29 Avqust 2014 12:45 (UTC +04:00)
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Xaçmazda avtomobil at arabasına, sonra isə “KamAZ”a çırpılıb, ölən var

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 28-də saat 01 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi "KİA" markalı avtomobili at arabasına vurduqdan sonra eyni istiqamətdə hərəkətdə olan Köhnə-Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi "KamAZ" markalı avtomobil onun avtomobilinə dəyib. R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti