...

Ağcabədidə “KamAZ” və "VAZ" markalı avtomobillər toqquşub, ölən var

Hadisə Materials 8 Sentyabr 2014 13:06 (UTC +04:00)
Ağcabədidə “KamAZ”la toqquşan "VAZ" markalı avtomobilin sürücüsü ölüb.
Ağcabədidə “KamAZ” və "VAZ" markalı avtomobillər toqquşub, ölən var

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağcabədidə "KamAZ"la toqquşan "VAZ" markalı avtomobilin sürücüsü ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi şəhərində vətəndaşlara məxsus "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti