...

Ağcabədidə “KamAZ”la toqquşan “VAZ”ın sürücüsü ölüb

Hadisə Materials 9 Sentyabr 2014 15:21 (UTC +04:00)
Ağcabədi rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ağcabədidə “KamAZ”la toqquşan “VAZ”ın sürücüsü ölüb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağcabədi rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 11 radələrində Ağcabədi rayonundakı Ü.Hacıbəyli prospektində Füzuli rayon sakini Cəsarət Fərəcovun idarə etdiyi "KamAZ" və Ağdam rayon sakini Cəlal Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2107"ən sürücüsü C.Abbasov hadisə yerində ölüb.

Faktla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti