...

Goranboyda avtomobil ağaca çırpıılıb, ölən və yaralanan var

Hadisə Materials 1 Oktyabr 2014 13:49 (UTC +04:00)
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi öıümlə nəticələnib.
Goranboyda avtomobil ağaca çırpıılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi öıümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da saat 09 radələrində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti