Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/
Bakıda yük maşını 10 və 11 yaşlı iki uşağı vurub, onlardan biri ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 13 radələrində, M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi "KamAZ" markalı avtomobillə paytaxt sakinləri - 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub.
Nəticədə Z.Feyzullayeva hadisə yerində ölüb, H.Mikayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi açılıb, Binəqədi RPİ-də araşdırmalar davam etdirilir.