...

Qusarda “KamAZ”ın altına girən “06”-nın sürücüsü ölüb

Hadisə Materials 16 Sentyabr 2015 13:52 (UTC +04:00)
Qusar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Qusarda “KamAZ”ın altına girən “06”-nın sürücüsü ölüb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qusar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 18 radələrində Qusar rayonunun Yasab kəndində kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə H.Qayınbəyov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti