...

Göygöldə yol qəzasında 2 nəfər öldü

Hadisə Materials 28 May 2018 14:56 (UTC +04:00)
Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Göygöldə yol qəzasında 2 nəfər öldü

Bakı. Trend:

Göygöldə baş verən yol qəzasında 2 nəfər ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 26-da saat 6 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Kəlbəcər rayon sakini Əhəd Zeynalov idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinləri, Kəlbəcər rayon sakini Eldar Fərzəliyev və Gəncə şəhər sakini Rəşad Bədəlov hadisə yerində ölüblər.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti