...

Keçmiş məhkum Mərdəkanda müalicə pansionatından oğurluq etdi

Hadisə Materials 8 May 2019 12:09 (UTC +04:00)
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olmuşdur.
Keçmiş məhkum Mərdəkanda müalicə pansionatından oğurluq etdi

Bakı. Trend:

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olmuşdur.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Vahab Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti