...

Bayılda “KamAZ” fəhləni vuraraq öldürüb

Hadisə Materials 28 İyun 2019 14:31 (UTC +04:00)
Səbail rayonu ərazisində aparılan tikinti sahəsində “KamAZ” markalı avtomobillə orada fəhlə işləyən F.Seyidov vurulub
Bayılda “KamAZ” fəhləni vuraraq öldürüb

Bakı. Trend:

Bayılda “KamAZ” fəhləni vuraraq öldürüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi “KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurub və o, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti