...

Şəmkirdə “VAZ-2107” və “ZİL” toqquşub, ölən var

Hadisə Materials 28 İyun 2019 13:22 (UTC +04:00)
Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.
Şəmkirdə “VAZ-2107” və “ZİL” toqquşub, ölən var

Bakı. Trend:

Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti