...

Bakıda sərnişin avtobusları toqquşub (FOTO)

Hadisə Materials 24 Dekabr 2019 18:48 (UTC +04:00)
Bakıda sərnişin avtobusları toqquşub.
Bakıda sərnişin avtobusları toqquşub (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda sərnişin avtobusları toqquşub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, metronun "Gənclik" stansiyasının qarşısında baş verib.

26 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu dayanacaq yaxınlığında idarəetməni itirərək qarşısında dayanan 202 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtobusa ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti