...

Balakəndə “VAZ” piyadanı vurub öldürdü

Hadisə Materials 17 Yanvar 2020 15:59 (UTC +04:00)
Hadisə Talalar kəndi ərazisində baş verib
Balakəndə “VAZ” piyadanı vurub öldürdü

Bakı. Trend:

Balakən rayonunun Talalar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti