...

Ağcabədidə minik maşını yük maşını ilə toqquşub - 1 ölü

Hadisə Materials 18 Fevral 2020 09:10 (UTC +04:00)
Ağcabədi rayonunun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub.
Ağcabədidə minik maşını yük maşını ilə toqquşub - 1 ölü

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti