...

Bərdədə “Mercedes-Vito” “KamAZ”la toqquşub - Ölən var

Hadisə Materials 19 Fevral 2020 12:53 (UTC +04:00)
Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Bərdədə “Mercedes-Vito” “KamAZ”la toqquşub - Ölən var

Bakı. Trend:

Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti