...

Bakıda avtobus sürücüsü sükan arxasında öldü

Hadisə Materials 20 Mart 2020 00:31 (UTC +04:00)
Bakıda avtobus sürücüsü sükan arxasında öldü

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda sürücü sükan arxasında dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Səməd Vurğun parkından Hövsana sərnişin daşıyan mikroavtobusun sürücüsünün anidən halı pisləşib.

Nəqliyyat vasitəsini saxlayan kişi sürücü bir neçə dəqiqə sonra dünyasını dəyişib. Mikroavtobusda olan sərnişinlər bildirirlər ki, sürücünün ilkin ölüm səbəbi şəkərli diabetdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti