...

Ağstafada nişan mərasimi keçirmək istəyənlər saxlanılıb

Hadisə Materials 27 Aprel 2021 01:35 (UTC +04:00)
Ağstafada nişan mərasimi keçirmək istəyənlər saxlanılıb

Bakı. Trend:

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti