...

Ağstafada 3 otaqlı ev yanıb

Hadisə Materials 21 İyun 2022 01:51 (UTC +04:00)
Ağstafada 3 otaqlı ev yanıb

Bakı. Trend:

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Eynallı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və bitişik ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti