...

Qızılağac Milli Parkında mühafizə rejiminin pozulması faktı olub

Hadisə Materials 9 Mart 2023 18:19 (UTC +04:00)
Qızılağac Milli Parkında mühafizə rejiminin pozulması faktı olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəisi Firuddin Əliyev bildirib ki, körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 1764 metr uzunluğunda 18 ədəd sintetik tor yığışdırılıb.

“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı “Kiçik Körfəz” ərazisində qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb”, - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti