...

Ağstafada 37 yaşlı kişi bıçaqlandı

Hadisə Materials 25 Yanvar 2024 08:56 (UTC +04:00)

Bakı. Trend:

Ağstafada 37 yaşlı kişi bıçaqlanıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O qeyd edib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti