Bakı. Trend:
Yol-nəqliyyat hadisəsinin baş verməsi və texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb. Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.