...

Ermənistan Rusiya və Azərbaycanla münasibətlərə görə Gürcüstana dair BMT qətnaməsinin əleyhinə səs verib – ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2009 17:25 (UTC +04:00)
Ermənistan çox güman ki, Rusiya və hətta Azərbaycanla münasibətlərinə görə, bir az da Ermənistan-Gürcüstan münasibətlərindəki gərginliyə görə bu qətnamənin əleyhinə səs verib. Ermənistanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan belə hesab edir.
Ermənistan Rusiya və Azərbaycanla münasibətlərə görə Gürcüstana dair BMT qətnaməsinin əleyhinə səs verib – ekspert

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /

Ermənistan çox güman ki, Rusiya və hətta Azərbaycanla münasibətlərinə görə, bir az da Ermənistan-Gürcüstan münasibətlərindəki gərginliyə görə bu qətnamənin əleyhinə səs verib. Ermənistanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan belə hesab edir.

"Ermənistanın qətnaməni dəstəkləməkdən imtina etməsinin səbəbi ondan ibarətdir ki, belə qətnamə Dağlıq Qarabağ münaqişəsi üçün diplomatik presedent ola bilər", - Trend -a elektron poçtla Qiraqosyan deyib.

BMT Baş Assambleyası sentyabrın 10-da səs çoxluğu ilə Gürcüstanın təklif etdiyi Abxaziya və Cənubi Osetiyadan olan qaçqınların vəziyyəti barədə qətnaməni qəbul edib. Sənədin layihəsi Gürcüstan nümayəndə heyəti tərəfindən assambleyanın 63-cü sessiyasının müzakirəsinə gündəliyin "GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldava) məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" maddəsi üzrə təqdim edilib.

Qətnamədə göstərilir ki, maraqlı tərəflər "Gürcüstandakı münaqişə nəticəsində ziyan çəkmiş bütün daxili köçürülmüş şəxslər və qaçqınların könüllü, təhlükəsiz, düzgün və maneəsiz qaytarılması qrafikini işləməlidir".

Qətnamənin əleyhinə səs verən 19 ölkə arasında Ermənistan da olub, bu da Gürcüstan tərəfinin mənfi reaksiyasına səbəb olub.

Qiraqosyanın sözlərinə görə, Ermənistanın BMT Baş Assambleyasına bu yaxınlarda təqdim olunmuş, "humanitar fəaliyyət üçün maneəsiz girişin təmin edilməsinin zəruriliyinə" əsaslandırılmış, bütün qaçqın və məcburi köçkünlərin öz evlərinə, Abxaziya və Cənubi Osetiyaya qaytarılması hüquqlarının tanınması barədə qətnaməni dəstəkləməməsinin iki səbəbi var.

Ekspertin sözlərinə görə, birincis,i Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasında Rusiyanın Ermənistana təzyiqinə baxmayaraq, İrəvan müqavimət göstərdi və tanımaqdan imtina etdi.

Qiraqosyanın fikrincə, lakin bu dəfə BMT Baş Assambleyasında səsvermə məsələsində Moskva görünür ki, Ermənistanın bu qətnaməni dəstəkləməməsi üçün Yerevana əlavə təzyiqlər göstərib.

"Daxili köçürülmüş şəxslər, Abxaziya, Gürcüstan və Sxinvali regionundan / Cənubi Osetiya, Gürcüstandan olan qaçqınların vəziyyəti" qətnaməsinin lehinə 48, əleyhinə 19 ölkə səs verib.

78 ölkə isə bitərəf qalıb, bu da istər Rusiyanın, istərsə də Gürcüstanın nəzakətli pərdəarxası diplomatiyasını göstərib.

Qiraqosyanın fikrincə, Moskva və Tbilisi üçün bu qətnamə iki ölkə arasında diplomatik müharibədə yeni savaş oldu. "Ermənistan episentrdə görünmək istəməməklə, bu tədbirlərin əleyhinə səs verib", - o deyib.

Ekspertin fikrincə, Ermənistnanın qətnaməni dəstəkləməkdən imtina etməsinin ikinci səbəbi belə qətnamənin Dağlıq Qarabağ münaqişəsi üçün diplomatik presedent ola bilməsidir.

"Xüsusən, BMT-nin "daxili köçürülmüş şəxslərin təhlükəsiz qayıtması üçün yerlərdə lazımi şəraitin yaradılmasına dəstəyə öz töhfəsini vermək" mandatı üzrə qətnamənin xülasəsini nəzərə alaraq", Ermənistan ehtiyat edir ki, Azərbaycan bundan Dağlıq Qarabağ münaqişəsinə dair istifadə edə bilər", - Qiraqosyan deyib.

Onun sözlərinə görə, qətnamədə həmçinin belə bir mühüm müddəa var ki, "qaçqınların qaytarılması üçün lazımi şəraitin (təhlükəsizlik, iqtisadiyyat, inteqrasiya və s.) faktiki olaraq yaradılması və saxlanılmasına cavabdehlik tərəflərin üzərinə düşür".

"Bu kontekstin erməni diplomatiyasına uyğun olmasına baxmayaraq, bu, münaqişənin bütün tərəfləri üçün, o cümlədən ilk növbədə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ üçün sınaq olacaq", - Qiraqosyan deyib.

Müəllifin fikri TREND İnformasiya Agentliyinin redaksiyasının fikri ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti