...

Azərbaycanın Xocalı şəhərinin işğalı ilə əlaqədar 38 nəfər barəsində beynəlxalq axtarış elan edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 18:02 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, aşağıda göstərilən 38 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların CM-nin soyqırıma görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 107, 113, 115.4, 116.0.17-ci maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın Xocalı şəhərinin işğalı ilə əlaqədar 38 nəfər barəsində beynəlxalq axtarış elan edilib

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Xocalı şəhərinin işğalı ilə əlaqədar olaraq 38 nəfər barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend -a verilən məlumata görə, aşağıda göstərilən 38 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların CM-nin soyqırıma görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xocalı faciəsi ilə əlaqədar başlanmış cinayət işinin icraatı 31 mart 1994-cü il tarixdə dayandırılıb. Həmin cinayət işinin icraatı 12 iyul 2005-ci il tarixdə Azərbaycan hərbi prokuroru tərəfindən təzələnərək bu cinayət işi üzrə əməllər CM-nin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma) və s.maddələrinə tövsif olunub. Həmin vaxtdan sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb, axtarış və mühakimə edilməsi istiqamətində istintaq hərəkətləri aparılıb.

Xocalı faciəsi zamanı 613 Xocalı sakini, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Azərbaycan dövlətinə və ayrı-ayrı vətəndaşlara bütövlükdə 144.730.267 manat və ya 170.270.816 ABŞ dolları məbləğində maddi ziyan vurulub.

Meyitlərin xarici müayinəsi, məhkəmə-tibbi ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı Alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları: baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, erməni qəbrlərinin üstündə azərbaycanlıların başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa fərq qoymadan qəddarlıqla işgəncə verilməsi müəyyən edilib.

İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 800-dən artıq ekpertizalar keçirilib.

Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Ohanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan Respublikasının müdafiə naziri vəzifəsində işləyir), 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Nabokix Yevgeni Aleksandroviçin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də əsir və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirib, habelə Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda və digər yaşayış məntəqələrində soyqırım, həmçinin azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə xüsusilə ağır cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aşağıdakı şəxslər beynəlxalq axtarışa verilib:

Zarviqorov Yuri Yuriyeviç - MDB-yə məxsus 366-cı alayın komandiri

Çitçyan Valeri İsaakoviç - MDB-yə məxsus 366-cı alayın 1-ci batalyonunun qərargah rəisi

Ayriyan Vaçaqan Qriqoryeviç - MDB-yə məxsus 366-cı alayın kəşfiyyat rəisi

Akopyan Movses Qrantoviç - MDB-yə məxsus 366-cı alayın 1-ci batalyonunun 2-ci rotasının komandiri

Abramyan Poqos Qarnuşeviç - Xankəndində 11-ci alayın komandiri

Kisebekyan Qriqoriy Akopoviç - MDB-yə məxsus 366-cı alayın rabitə rotasının komandiri

Arutyunyan Slavik Vadimoviç - MDB-yə məxsus 366-cı alayın 5-ci rota komandiri

İşxanyan Andrey Artyuşeviç - MDB-yə məxsus 366-cı alayın 1-ci rota təchizat vzvodunun komandiri

Beqlaryan Sergey Yurikoviç - MDB-yə məxsus 366-cı alayın 2-ci batalyon, vzvod komandiri

Arutyunyan Kamo Rafaeloviç - MDB-yə məxsus 366-cı alayın təmir rotasının vzvod komandiri

Danielyan Armen Borikoviç - MDB-yə məxsus 366-cı alayın təmir rotasının vzvod komandiri

Qarmaş Viktor Anatoliyeviç - MDB-yə məxsus 366-cı alayın zabiti

Smaqin Aleksandr Vladimiroviç - MDB-yə məxsus 366-cı alayın zabiti

Balyazin Oleq Viktoroviç - MDB-yə məxsus 366-cı alayın zabiti

Beqlaryan Armen Volodiyeviç - MDB-yə məxsus 366-cı alayın 1-ci rotasının baş texniki

Ayrapetyan Aleksandr Aleksandroviç - MDB-yə məxsus 366-cı alayın giziri

Mirzoyan Vaçik Qrantoviç - MDB-yə məxsus 366-cı alayın 2-ci rotanın starşinası

Ayrapetyan Vaçik Qurqenoviç - MDB-yə məxsus 366-cı alayın 3-cü rotanın starşinası

Abramyan Armo Aramoviç - Xankəndi şəhər DİŞ-nin rəisi

Qukasyan Mavrik Araratoviç - Əskəran RDİŞ-nin rəisi

Aqacanyan Karlen Levonoviç - Əsgəran RDİŞ-nin sabiq rəisi

Barseqyan Şaqen Semyonoviç - Əsgəran rayon DİŞ-nin rəis müavini

Petrosyan Karo Vaniyeviç - Əsgəran RDİŞ yanğın təhlükəsizliyi bölməsinin rəisi

Koçaryan Serjik Sumbatoviç - Xankəndi şəhər həbsxanasının rəisi

Ayriyan Samvel Samurkayeviç - Əsgəran RDİŞ-də müfəttiş

Qriqoryan Edik Emirvaroviç - Əsgəran RDİŞ-nin əməkdaşı

Qriqoryan Ararat Rantikoviç - Əsgəran RDİŞ-nin əməkdaşı

Akopyan Oleq Nikolayeviç - Həsənabad kənd sovxozunun üzvü

Tumasyan Seyran Aprakoviç - Xasq kəndində sürücü

Babayan Georgi Ginikoroviç - Həsənabad kənd sovxozunda sürücü

Qriqoryan Valerik Sergeyeviç - Həsənabad kənd sovxozunun üzvü

Balasanyan Vitaliy Mixayloviç - DQMV erməni xalq cəbhəsinin sədri

Mirzoyan Maksim Mixayloviç - Xankəndi şəhəri 2718 saylı avtobazanın rəisi

Babayan Bahadur Giniqoroviç Əvvəllər Xocalıda yaşamış

Manqasaryan Artik Qurgenoviç - Əsgəran rayonu, Daşbulaq kənd sakini

Kaqramanyan Hamlet Asriyeviç Əsgəran rayonu, Daşbulaq kənd sakini

Qriqoryan Canpolad Xanlaroviç - əvvəllər Xocalıda yaşayıb

İşxanyan Yura Georgiyeviç - Əsgəran rayonunda yeməkxana müdiri işləyib

Xəbər lenti

Xəbər lenti