...

Göyçaydan olan yaralı əsgərin əlilliyinin qiymətləndirilməsi üçün işlər aparılacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2020 14:24 (UTC +04:00)
Göyçaydan olan yaralı əsgərin əlilliyinin qiymətləndirilməsi üçün işlər aparılacaq (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları Vətən müharibəsində yaralanmış Rüstəm Məmmədovla və onun ailə üzvləri ilə görüşüblər.

Trend-in məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb. Göyçay rayonu, Müskürlü kəndində yaşayan ailənin yaşayış vəziyyəti öyrənilib. Bildirilib ki, Rüstəmin əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti işlər aparılacaq:

"Qeyd edim ki, ona əlillik dərəcəsi təyin edildiyi halda müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlərlə (təqaüd və müavinət) təmin olunacaq. Rüstəmin atası Ramazan Məmmədov və qardaşı Ruslan hazırda işləyirlər. Anası və orta məktəbi bitirmiş bacısı işsiz olduqları üçün onlara rayon ərazisində vakansiyalar, özünüməşğulluq proqramına cəlb edilmələri təklif edilib. Lakin anası yalnız kənd bağçasında işləyə biləcəyini (hazırda bağçada vakant yer yoxdur) deyib. Bacısının isə yalnız kəndlərində işləmək istəyinə uyğun olaraq ona bu istiqamətdə dəstək göstərilməsi üçün işlər görülür. Ailənin daha bir usağı isə məktəblidir".

F. Talıbov əlavə edib ki, ailə istifadəsində olan, lakin hələ də Rüstəmin vəfat etmiş nənəsinin adına olan torpaq sahəsini öz adına rəsmiləşdirərsə, ünvanlı yardım üçün müraciət edə biləcək. Bu barədə də ailə üzvlərinə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti