...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda danışıqlara başlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2005 12:01 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dekabrın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib. Bu barədə Trend ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Həmsədrlər Bernar Fasye (Fransa), Stiven Mənn (ABŞ) və Yuri Merzlyakovun (Rusiya) iştirak etdiyi görüşdə Dağlıq qarabağ münaqişəsinin hazırki nizamlanma prosesi müzakirə olunub.

Dekabrın 16-da səhər MQ-nun həmsədrləri həmçinin, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla da görüşüblər. XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, hazırda vasitəçilər xarici işlər naziri Elmar Məmmədyarovla məsləhətləşmələr aparırlar.

Xəbər lenti

Xəbər lenti