...

Azərbaycanın Xarici işlər Naziri Elmar Məmmədyarov Polşa Prezidenti Lex Kaçinski ilə görüşüb

Siyasət Materials 14 İyun 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun / Trend , müxbir M. Əliyev / Azərbaycanın Xarici işlər Naziri Elmar Məmmədyarov Polşa Prezidenti Lex Kaçinski ilə görüşüb.

Bu barədə Trend  News -a Azərbaycanın Xarici İşlər Nazilliyindən məlumat verilib.

Dünnən baş  tutmuş görüşdə Kaçinski Azərbaycanı Polşanın strateji tərəfdaşı olduğunu qeyd edərək, son iki ildə iki ölkə arasında səmərəli və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın formalaşdığını bildirib. O, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın və Xəzər regionu ölkələrinin yalnız Polşa üçün deyil, bütünlükdə Avropa birliyi üzvü olan ölkələr üçün geniş imkanlar açdığını deyib.

Məmmədyarov,Azərbaycan-Polşa münasibətlərinin indiki intensiv inkişafının Azərbaycanın Avropa ilə daha sıx inteqrasiyası baxımından qarşısına qoyduğu məqsədlərə tam cavab verdiyini bildirib.

Görüşdə  həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli, regional əməkdaşlıq, beynəlxalq hədə və risklərə qarşı birgə mübarizə, enerji dialoqu və digər məsələlər müzakirlə olunub.

Trend -un arayışı: Bu il fevralın 26-da Varşavada Azərbaycan və Polşa respublikaları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb. Bunlar - 1997-ci il 26 avqust tarixində Varşava şəhərində imzalanmış "Azərbaycan və Polşa hökümətləri arasında mülki hava daşımaları haqqında" sazişə düzəlişlər edilməsi haqqında protokol və Azərbaycan və Polşa televiziyaları arasında əməkdaşlığa dair sazişdir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti