...

MDB bu gün aktualdırmı? - Birlik ölkələri ekspertləri cavab verir (sorğu)

Siyasət Materials 4 İyul 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend / Yaponiyada keçiriləcək "Böyük səkkizliyin" sammiti ərəfəsində Rusiya Prezidenti Dmitri Medvedyev jurnalistlərə müsahibə verib. O, müsahibədə MDB-nin əhəmiyyətini və  aktuallığını qeyd edib. "Bu mexanizmin saxlanılması çox yaxşı haldır. Çünki Sovet İttifaqının süqutundan sonra, Baltikyanı ölkələri çıxmaq şərtilə, keçmiş Sovet respublikalarını birləşdirən digər bir qurum biz yaratmamışıq və MDB-nin qədrini bilmək lazımdır", - o deyib.

MDB ölkələri ekspertləri Trend -a bu məsələ ilə bağlı rəylərini  bildiriblər.

Azərbaycan, prezidentin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, politoloq Vəfa Quluzadə:

- MDB əvvəlcədən ölü doğulmuş uşaq olub. Bu da yalnız SSRİ-nin dağılaraq Rusiyanın ikili vəziyyətə düşməsi ilə bağlıdır. Rusiya MDB-də ən qüdrətli dövlətdir. O, hamı üçün lider, lokomotiv və layiqli nümunə olmaldır.

Həqiqətdə isə, hər şey əksinədir. Rusiyada iqtisadiyyat dağılıb və bu səbəbdən o, iqtisadi baxımdan cəlbedici deyil. Xalqlar üçün cəlbedici olan kommunist ideologiyası da yoxdur və Rusiyanın ölkələri MDB çərçivəsində saxlayacaq qırmaqları və nöqtələri qalmayıb.

Hesab etmək olar ki, Birlik çoxdan dağılıb. Çünki kollektiv orqan kim fəaliyyət göstərmir. Bundan başqa, MDB-də iki iştirakçı ölkə arasında hərbi münaqişə var. Rusiya MDB-yə başçılıq edərək və Minsk Qrupunun həmsədri olaraq, bu münaqişəni həll etmək qüdrətində deyil.

Rusiya, MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin:

- Birlikdən bu vaxtadək heç kəsin çıxmaması, onu aktual edir. Bəzi ölkələrin çıxmasına dair söhbətlər səngiyib. MDB üzərinə əvvəlcədən düşən rolu, yəni inteqrasiya strukturu rolunu, indi daha az oynayır.

Ölkələr əhalisinə, ümumdaxili məhsul həcminə görə müxtəlifdir.Buna görə də "vahid ölkə - vahid səs" prinsipi üzrə real iqtisadi inteqrasiya strukturlarını yaratmaq mümkün deyil. Hazırda MDB iki zəruri rolu oynayır. Onlardan biri Sovet İttifaqından bizə miras qalan infrastrukturun, bütün mümkün standartların, elektrik ötürücü xətlərinin, ümumi pensiya stajı üzrə humanitar xarakterli müqavilələrin, diplomların qarşılıqlı tanınmasının və.s qorunmasıdır. MDB-nin bu rolu tədricən zəifləyəcək. Belə ki, yeni infrastrukturlar, yeni nəqliyyat və digər axınlar inkişaf edəcək. Bununla belə, MDB getdikcə qonşu kimi ümumi, bəzən bir-birinə zidd maraqları olan region ölkələrini birləşdirən normal regional təşkilata çevrilir. MDB, eyni zamanda, ABŞ-ın, Venesuela və Kubanın daxil olduğu Amerika Dövlətləri Təşkilatı kimi, region ölkələrinin münasibətlərini tənzimləyən meydançadır. Bu səbəbdən, Rusiya ilə Gürcüstanın mübahisəsinə görə MDB-ni səmərəsiz saymaq olmaz. Məsələn, Mərkəzi Asiyada region ölkələri arasında münasibətlər heç də ürəkaçan deyil. Lakin bununla belə,  MDB -nin, regional təşkilat və başçıların görüş yeri kimi, rolu heç vaxt azalmır. İnteqrasiya təşəbbüsləri MDB məkanında əmələ gələn - AvrAz İqtisadi İttifaqı, Ümumi Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Rusiya və Belarus İttifaqı, GUAM kimi çox dar formatda gedir.

Qaxaxıstan, politoloq, siyasi risklərin qiymətləndirilməsi qrupunun direktoru Dosım Satpayev:

- MDB-nin indiyədək mövcud olması faktı özü böyük nailiyyətdir. MDB-nin roluna gəldikdə, o, dövlət başçılarının görüşərək vacib məsələlərin müzakirə oluna biləcəyi yüksək səviyyəli dialoq meydançasıdır. Keçmiş postsovet məkanında mövcud olan regional problemləri MDB demək olar ki, həll etmir. Bu problemlər daha çox ikitərəfli razılaşmalar əsasında həll edilir. Çox təəssüf ki, MDB onların qarşısını almaq və ya həll etmək üçün real vasitələrə malik deyil. İştirakçıların əksəriyyətini bu qane edir.

İstərdim Birlikdən çıxacaqlarını deyən, lakin bunu etməyən Ukrayna və Gürcüstanın MDB ünvanına dedikləri tənqidləri qeyd edim. Hər bir kəs başa düşür ki, MDB Rusiya ilə əlaqələrə müəyyən imkanlar verir. Baxmayaraq ki, hazırda MDB-nin GUAM kimi rəqib və alternativri var, Birlik artıq öz yerini tutub.

Fəaliyyəti dövründə MDB çərçivəsində müxtəlif səviyyəli və mövzulu 20 mindən artıq qanun layihəsi qəbul olunub. Onlardan yalnız olsa-olsa 20 faizi işləyir.

MDB ölkələri iştirakçıları mütəmadi görüşəcəklər. Ona görə də mənə elə gəlir ki, Birliyin müəyyən gələcəyi var. Lakin gələcək keçmiş sovet respublikaları arasında əlaqə körpüsü  qismində olacaq.

Gürcüstan, müstəqil ekspert Giya Xuxaşvili:

- MDB aktual birlikdir, lakin az effektlidir. MDB çəçivəsində həmişə sammitlər, görüşlər, məşvərətlər keçirilir.Amma bu təşkilat effektliyini artıq çoxdan itirib. Xüsusilə də mən Birliyin rolunu ayrı-ayrı ölkələrin problemlərinin həll edilməsi məsələsində effektsiz sayıram. Misal kimi, Gürcüstanı və Birliyin onun problemlərinin həllində effektsizliyini göstərmək olar. Rusiyanın MDB-ni vahid qüvvə kimi idarə etməsi, Gürcüstan ərazisinin aneksiyasını həyata keçirməsi fonunda, MDB cavab tədbirləri görə bilmək imkanına malik deyil. Mən mürəkkəbləşən Gürcüstan-Rusiya münasibətləri fonunda, Gürcüstanın MDB Şurasının fövqəladə yığıncağının çağırılmasını tələb etməməsini, Abxaziyanın blokadası barədə təşkilatın qəbul etdiyi razılaşmadan Rusiyanın çıxması barədə cavab tələb etməməsini,  Gürcüstanın indiyədək Birlik üzvü olaraq qalmasını məntiqsiz sayıram. Gürcüstanın Birlikdən çıxması barədə bəyanat verməsi məntiqli çıxardı. Bu prosedurun uzanması anlaşılmazdır.

MDB-nin perspektivinə gəldikdə, Rusiyanın dominant kimi Sovet İttifqını yenidən qurmaq və postsovet ölkələrinə təsirini gücləndirmək xəyalından çıxış edərək, Birliyin Gürcüstansız gələcəyi var. Rusiyanın bir çox MDB ölkəsi üzərində nəzarəti gücləndirməsini nəzərə alaraq, bu təşkilatın müəyyən gələcəyi var. Lakin mən burada Gürcüstanın, Ukraynanın və müəyyən dərəcədə Azərbaycanın iştirakını istisna edirəm.

Ukrayna, "Penta" siyasi anlizlər Mərkəzinin direktoru Vladimir Fesenko:

- Bu gü MDB-ni ölkə başçılarının, hökumət rəhbərlərinin, ayr-ayrı dövlət idarələrinin iştirak etdiyi siyasi klub hesab etmək olar. Bu təşkilatdan əməli fayda çox azdır. Bu necə deyərlər, "dəstəysiz çemodandır" - aparmaq ağırdır, lakin tullamaq heyifdir. Çünki orada bəzi lazımi əşyalar var və ona görə də onu sürükləmək lazımdır.

Bu halda müəyyən fayda var. Lakin o çox məhdudur, onun effektliyi çox zəifdir, amma siyasi klub və  Rusiyanın əlində digər MDB ölkələrinə davamlı təsir aləti kimi, bu təşkilat öz funksiyalarını yerinə yetirir.

Buna görə də Birlik saxlanılacaq və gələcəkdə ola bilsin Biritniya Birliyinə bənzər şəkilə salınacaq. Əlbəttə, MDB Avropa İttifaqı yaxud digər ona oxşar beynəlxalq təşkilatlarla heç cürə müqayisə edilə bilməz.

MDB - dövlət siyasəti ineqrasiyasının təcəssümü kimi, postsovet ənənələri və dəyərləri olan ölkələri birləşdirən təşkilatdır. Bu mənada MDB mövcudiyyətini davam etdirəcək. Çətin ki, o, hansısa renessans yaşasın. Lakin onda məhdud fayda var, o mənada ki, onu gələcəkdə də siyasi klub kimi istifadə edəcəklər.

Materialın hazırlanmasında D.Bobesyuk (Ukrayna), N.Kirtsxaliya (Gürcüstan), R.Ağayev (Rusiya), E.Tariverdiyev (Azərbaycan), V.Javoronkova (Azərbaycan) iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti