...

Azərbaycanın cənubunda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitə aşkarlanıb

Siyasət Materials 7 Noyabr 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 07 noyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 300 km aralı) Astara rayonunda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitə aşkarlanıb.

"Rayonun Ərçivan kənd sakini 23 yaşlı Qabil Şənulla oğlu Nəsirovdan 1,5 kiloqram həşiş qətranı götürülüb", - cümə günü Astara rayon polis şöbəsinin rəis müavini Arzu Hacıyev Trend -a bildirib.

Hacıyev deyib ki, saxlanılan şəxs dindirmə zamanı narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyini və həmkəndlisi 23 yaşlı Famil Cəbrayıl oğlu Əliyevə satmaq istədiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin narkotik vasitələrin və psixotrop maddələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və mütəşəkkil dəstə tərəfindən əldə edilməsi (234.4.1) maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti