...

Azərbaycan regionda sülhün və stabilliyin bərqərar olması üçün hər şeyi edir - Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Noyabr 2009 11:58 (UTC +04:00)
Azərbaycan regionda sülhün və stabilliyin bərqərar olması üçün hər şeyi edir, bu barədə cümə günü "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransın açılışında Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Azərbaycan regionda sülhün və stabilliyin bərqərar olması üçün hər şeyi edir - Prezident Administrasiyasının şöbə müdiri  (ƏLAVƏ OLUNUB)

RED: 5-12 abzalar əlavə olunub

Azərbaycan, Bakı, 20 noyabr / Trend New, müxbir E.Ostapenko /

Azərbaycan regionda sülhün və stabilliyin bərqərar olması üçün hər şeyi edir, bu barədə cümə günü "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransın açılışında Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Azərbaycan xarici siyasəti fəal inkişaf edən bir ölkədir, bu bizə maneələrin aradan qaldırılması üçün üstünlük verir", - Aslanov qeyd edib.

Onun sözlərinə əsasən, bir çox ölkələrin böhranın nəticələrindən əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda iqtisadi artım davam edir.

"Demokratiya kənardan idxal edilmir, o, yaranır. Buna görə onun inkişafı üçün bütün səyləri ortaya qoymaq lazımdır", - Aslanov bildirib.

"Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi iqtisadi layihələr Azərbaycanın iqtisadi inkişafına sübutdur, bu layihələr səmərəli əməkdaşlığın nəticəsidir", - Aslanov qeyd edib.

Onun sözlərinə əsasən, energetika sahəsində Azərbaycan enerji tədarüklərinin diversifikasiyasında aparıcı rol oynayır.

"2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçısı oldu", - Aslanov xatırladıb. Avropa ölkələri ilə bu cür əməkdaşlıq Azərbaycana Ermənistan ilə olan problemin həllində kömək edəcək ki, bu da həmçinin Avropaya xeyir gətirəcək, o hesab edir.

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə əsasən, Azərbaycanın digər ölkələr ilə münasibətləri də inkişaf edir. "Bu münasibətlər həm milli, həm də ümumi maraqlarla diktə olunur. Buna misal Rusiya ilə hərtərəfli - tarixi, iqtisadi, sosial və vacib olan mədəni münasibətlərimizdir", - o bildirib.

Onun sözlərinə əsasən, digər bir nümunə Azərbaycanın ABŞ ilə əməkdaşlığı ola bilər. "Bizim energetika və təhlükəsizlik sahəsində münasibətlərimiz inkişaf edir. Azərbaycan hazırda silahlı qüvvələrinin səviyyəsinin artırılması və onların NATO standartlarına uyğunlaşdırılması istiqamətində fəal çalışır", - o qeyd edib.

Ermənistanın təcüvüzakrlığına gəldikdə isə, Aslanov Avropa ölkələrini vəziyyətə ciddi yanaşmağa və ikili standartlardan qaçmağa çağırıb. "Belə ki, bu məsələlərdə ikili yanaşma yalnız bir tərəfə xeyir gətirir. Bu problemin (Dağlıq Qarabağ münaqişəsinin) həll olunmaması regionun inkişafına mane olur", - Aslanov bildirib.

Onun sözlərinə əsasən, regional layihələrin əsas təşəbbüskarı olan Azərbaycan erməni qoşunları işğalçılıq fəaliyyətini davam etdirdiyi müddətcə heç bir zaman Ermənistana həmin layihələrdə iştirak etməyə razılıq verməyəcək.

Onun fikrincə, Ermənistanın özü üçün də bu vəzityyət əlverişsizdir. "Ermənistanda iqtisadi inkişaf çox zəifdir ki, bu da əsasən diasporun ciddi böhranla üzləşməsi ilə əlaqədardır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, ümumi rifah üçün sülhə səy göstərmək lazımdır", - Aslanov bildirib.

Cümə günü Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu ilə birgə layihə çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə məruzəçi, həmçinin ekspert qismində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu , Ceymstaun Fondu (ABŞ), Cons Hopkins Universiteti (ABŞ), İrs Fondu (ABŞ), Avropanın Beynəlxalq Münasibətlər İnstitutu (Fransa), ABŞ-ın Atlantika Şurası yanında Avrasiya Energetika Mərkəzi, Aİ-nin təhlükəsizlik problemlərinin araşdırılması İnstitutu, Hamburq Universiteti (Almaniya), Moskvanın Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun postsovet araşdırmalar mərkəzi (Rusiya), Tehran Universiteti (İran), Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Gürcüstan), iqtisadiyyat və Texnologiya Universiteti (Türkiyə), dünyanın aparıcı "beyin mərkəzlərinin " rəhbərləri və elmi əməkdaşları iştirak edir.

Forumun işində həmçinin Azərbaycan hökumətinin və dövlətinin rəsmi şəxsləri, Milli Məclisin deputatları, ölkəyə akkreditə olunan beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin, ictimai və qeyri-hökumət təşkilatlarının rəhbələri, KİV rəhbərləri, həmçinin beynəlxalq münasibətlər sahəsində politoloq və ekspertlər iştirak edir.

Xəbər lenti

Xəbər lenti