...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

Siyasət Materials 22 May 2010 10:28 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 24-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə şənbə günü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir K.Zərbalıyeva/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 24-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə şənbə günü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin kordinatoru İmre Palatinus, səhra köməkçisi Caslan Nurtazin və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Tunjay Altuq keçirəcəklər.

Azərbayjanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Proyor və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Arman Akişev keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti