Azərbaycan Prezidentinin Özbəkistana səfəri ölkələr arasında münasibətlərin inkişafına əlavə impuls verəcək – səfir (MÜSAHİBƏ)

Azərbaycan Prezidentinin Özbəkistana səfəri ölkələr arasında münasibətlərin inkişafına əlavə impuls verəcək – səfir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir V.Javoronkova/

Trend-in Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevlə ölkənin dövlət müstəqilliyinin 19-cu ildönümü ərəfəsində müsahibəsi

- Özbəkistan dövlət müstəqilliyinin 19-cu ildönümünü bayram etmək ərəfəsindədir. Məlum olduğu kimi, hazırda beynəlxalq ictimaiyyət üçün aktual problemlərdən biri, qlobal maliyyə-iqtisadi böhranın fəsadlarının tezliklə aradan qaldırılmasından ibarətdir. Bununla bağlı Siz Özbəkistanın bu istiqamətdə əldə etdiyi nailiyyətlər barədə nə deyə bilərsiniz?

- Hazırda beynəlxalq ictimaiyyətin qlobal maliyyə-iqtisadi böhranın fəsadlarının tezliklə aradan qaldırılmasını özü üçün çox vacib hesab etməsini tamamilə düzgün qeyd etdiniz. Mənə elə gəlir ki, məhz dünya iqtisadiyyatının sabit və fasiləsiz inkişafının ümumi təhlükəsizliyin və çiçəklənmənin başlıca şərtlərindən biri olduğunu dedikdə, mübaliğəyə yol vermiş olmaram.

Bu böhranlı vəziyyətlə bağlı son illərin hadisələri fonunda Özbəkistan makroiqtisadi sabitliyin və iqtisadi artımın davamlı templərinin təmin edilməsində qazandığı uğurları nümayiş etdirməkdə davam edib. Bu, öz növbəsində, iqtisadi islahatların keçirilməsində dünya birliyində "özbək modeli" kimi tanınan iqtisadi islahatların beş əsas prinsipinə əsaslanaraq, respublikada seçilən iqtisadi kursun düzgünlüyünün mübahisəsiz sübutlarından biri olub. Bu konteksdə qeyd etmək istərdim ki, xarici ölkə ekspert-analitik dairələri nümayəndələrinin aprelin 12-də Daşkənddə keçirilən "Antiböhran proqramlarının effektivliyi və böhrandan sonrakı prioritetlər" beynəlxalq elmi-praktik konfransda geniş iştirakları, iqtisadi islahatların keçirilməsində "özbək modeli"nə böyük marağın olduğunu göstərib.

Qeyd etmək lazımdır ki, Özbəkistan Prezidenti İslam Kərimov tərəfindən 29 yanvar 2010-cu il tarixdə ölkə hökumətinin iclasında müəyyən edilmiş - ölkənin 2010-cu il üçün sosial-iqtisadi inkişaf proqramının vacib prioritetlərinin, o cümlədən, dünya maliyyə-iqtisadi böhranının qarşısının alınması və neytrallaşması üzrə antiböhran proqramlarının həyata keçirilməsi və kompleks proqramların qəbul edilməsi cari ilin birinci yarısında iqtisadiyyatın və cəmiyyətin sosial həyatının sabit və balanslaşdırılmış inkişafını, iqtisadi artımın yüksək davamlı tempini təmin edib.

Belə ki, 2010-cu ilin birinci yarısının yekunlarına görə, Özbəkistanda ümumdaxili məhsul həcminin artımı 8 faiz, sənaye məhsulu istehsalının həcmi 8 faiz, istehlak malları 11,8 faiz, kənd təsərrüfatı 6,9 faiz, tikinti işləri 11,5 faiz, pərakəndə mal dövriyyəsi 10,3 faiz, xidmətlər 10,9 faiz təşkil edib. Dövlət büdcəsi ÜDM-yə nisbətdə 0,2 faiz profisitlə yerinə yetirilib.

İxracatçıların hərtərəfli dəstəklənməsi və yeni satış bazarlarının fəal axtarışı sayəsində ixracın artım həcmi 14,3 faiz təmin edilib və xarici mal dövriyyəsinin müsbət saldosunun əhəmiyyətli həcminə nail olunub. Hesabat dövründə yerli istehsalçılar tərəfindən mal və xidmətlərin ixracı dünyanın 139 ölkəsinə, o cümlədən, 26 yeni ölkəyə edilib.

Görülən tədbirlər nəticəsində, əhalinin əmanət qoyuluşlarının həcmi ilin əvvəli ilə müqayisədə 41,8 faiz artıb, bankların resurs bazası əhəmiyyətli dərəcədə möhkəmlənib ki, bu da kredit qoyuluşlarının 30,3 faiz artırılmasını təmin etməyə imkan verib. Hesabat dövrü ərzində mənimsənilən investisiya kreditlərinin həcmi 2,3 dəfə artıb. Kənd yaşayış məntəqələrində yerləşən 223 torpaq massivində 6 800 evin layihələri üzrə inşası həyata keçirilir. Onlar 2010-cu ilin üçüncü rübündə istismara veriləcək, yeni kənd yaşayış massivlərinin 213,9 км uzunluğunda xarici mühəndis şəbəkələrinin və kommunikasiyaların inşası başa çatdırılıb. Hesabat dövründə tikinti və bəzək materiallarının, o cümlədən, 25 kərpic istehsalı üzrə 116 yeni müəssisə istismara verilib.

Özbəkistan milli avtomagistralının obyektlərinin tikintisi daxil olmaqla, beynəlxalq və dövlət əhəmiyyətli, ümumi istifadəli avtomobil yollarının tikintisi və yenidən qurulması proqramı çərçivəsində 190,6 milyard və ya 2009-cu ilin birinci yarısına nisbətdə 1,8 dəfə çox sum istifadə edilib; yolkənarı infrastruktur obyektlərinin və servislərin tikintisi və istismara verilməsi həyata keçirilir. İlin birinci yarısında Nəvai şəhərinin Beynəlxalq Hava Limanı vasitəsilə yük və sərnişin daşınmalarının həcmi 22 % artıb, "Anqren" Logistika Mərkəzi fəaliyyətə başlayıb.
Fəal investisiya siyasətinin davam etdirilməsi 7,1 trilyon sum məbləğində, o cümlədən, birbaşa xarici investisiyaların ötən ilin birinci yarısından 1,3 dəfə çox  istifadəsini təmin edib. İstehsalın texniki modernləşdirilməsi üzrə 108 layihənin həyat keçirilməsi başa çatıb, eləcə də 529 istehsal obyekti istismara verilib.

- Azərbaycanla Özbəkistan arasında münasibətlərin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin  yeni tarixində bir-birimizə əsl strateji tərəfdaş kimi baxmağa imkan verən az hadisə baş verməyib. İki ölkə rəhbərləri arasında sıx və etibarlı dialoqun qurulması Özbəkistanla Azərbaycan arasında münasibətləri yüksək səviyyəyə qaldırmağa imkan verən əsas faktor olub. Mövcud konteksdə bildirmək istəyirəm ki, hazırda Azərbaycan Prezidenti  İlham Əliyevin payızda Özbəkistana edəcəyi rəsmi səfərinə hazırlıq  üzərində fəal işləyirik. Əminəm ki, bu hadisənin yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına əlavə impuls verəcək.

-  Siz Azərbaycan-Özbəkistan əməkdaşlığının hansı istiqamətlərini prioritet hesab edirsiniz?

- Mən qarşılıqlı fəaliyyət sahələrinin kateqoriyalara bölünməsinin tərəfdarı deyiləm, çünki onlardan hər biri bir-birinin ayrılmaz hissəsidir. Bununla əlaqədar,  azərbaycanlı tərəfdaşlarımız kimi, siyasi, ticari-iqtisadi, hərbi-texniki, mədəni-humanitar və başqa sahələrdə ikitərəfli əlaqələrin inkişafı üzrə göstərilən müvafiq səylərdə maraqlıyıq.

Təyyarə, avtomobil və s. daxil olmaqla, Özbəkistanda istehsal olunan müxtəlif növ məhsulların Azərbaycana tədarükü işində ikitərəfli əməkdaşlığın yaxşı nümunələrinin olması məmnunluq doğurur. Eyni zamanda, Özbəkistan müəssisələri bazasında Azərbaycan hava gəmilərinin təmiri aparılıb. Bununla əlaqədar mənə elə gəlir ki, Qərb istehsalçıları tərəfindən istehsal olunan Azərbaycan təyyarələrinin təmiri üçün də yaxşı perspektivlər var.

Bununla yanaşı, qeyd etmək istərdim ki, ticari-iqtisadi sahədə əməkdaşlığın indiki səviyyəsi ölkələrimizdə olan potensialı tam əks etdirmir. Kifayət qədər aydındır ki, indiki dünya maliyyə böhranı ölkələrimiz arasında bu istiqamətdə qarşılıqlı fəaliyyətin tempinə mənfi təsir göstərib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, başqa bir səbəb də var. Bu, ümumi sərhədin olmamasındadır. Biz ticari-iqtisadi əməkdaşlığı üçüncü ölkələr vasitəsilə həyata keçirməyə məcburuq. Əlbəttə, daşınma üçün güzəştli tarifləri nəzərdə tutan müəyyən razılaşmalar da var. Lakin onlar yalnız kağız üzərində qalıb. Bununla əlaqədar əminəm ki, ölkələrimizin dəmir yolu və dəniz daşımaları ilə məşğul olan müvafiq nazirlik və idarələri bu məsələ ilə bağlı razılığa gələ bilsələr, mal dövriyyəsinin xeyli dərəcədə artmasına nail olmaq mümkündür.

 Nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələlərinə toxunarkən, Bakı-Axalkalaki-Qars dəmir yolu tikintisi layihəsini diqqətdən kənarda qoya bilmərəm. Əminəm ki, bu layihənin praktik şəkildə həyata keçirilməsi həm iqtisadi, həm də mədəni-tarixi nöqteyi-nəzərdən müsbət rezonans doğuracaq. Xüsusilə, bir tərəfdən, Avropa və Aralıq dənizi limanlarına çıxış təmin olunacaq, digər tərəfdən, beynəlxalq ictimaiyyətin Böyük İpək Yolunun bərpasına istiqamətlənən səylərinin həyata keçirilməsinə böyük kömək olacaq.
Eyni zamanda qeyd etmək istərdim ki, hazırda Özbəkistanda "Nəvai" azad sənaye-iqtisadi zonasının tam fəaliyyətinin təmin edilməsi üzrə kifayət qədər genişmiqyaslı iş aparılır. Xüsusilə, infrastruktur obyektlərin tikintisi üzrə işlər yüksək templə aparılır, azad sənaye-iqtisadi zona ərazisinin hasara alınması,  drenajın ayırıcı və daxili meydançasının tikintisi, daxili elektrik təminatı və qazlaşdırma, eləcə də Е-40 (М-37) avtomobil yolundan "Nəvai" azad sənaye-iqtisadi zonasına, dəmir yolu keçidinə və gömrük postunun binasınadək beton çıxış yollarının tikintisi üzrə iş başa çatdırılıb. Ümid edirəm, bu layihə Azərbaycan tərəfinin də marağına səbəb olacaq.

Bizə elə gəlir ki, ölkələrimiz iqtisadi baxımdan özlərini təmin edə bilir və biz artıq iqtisadiyyatın məhz maraq doğuran sahələrinə qarşılıqlı investisiyalar həyata keçirə bilərik. Bu məqsədlərin həyata keçirilmsəi üçün  Azərbaycanın işgüzar dairələri nümayəndələrini birbaşa tərəfdaş əlaqələrin qurulması üçün Özbəkistana dəvət edirik.

İyunun 9-10-da Çin Xalq Respublikasının sədri Xu Szintao Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı, qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandum daxil olmaqla, bir neçə mühüm sənəd imzalanıb.
Məlum olduğu kimi, Azərbaycan da öz enerji resurslarının şərq istiqamətində tədarükünün yaradılmasına müəyyən maraq göstərir. Mənə elə gəlir ki, bu hal ticari-iqtisadi sahədə Azərbaycan-Özbəkistan əməkdaşlığı üçün yeni üfüqlər aça bilər.

- Azərbaycan qarşısında duran başlıca vəzifə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması qalmaqdadır. Siz bu münaqişənin yaxın gələcəkdə həlli perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən öncədən bəyan etmişəm və bir daha deyirəm, Azərbaycan xarici köməkdən asılı olmayan, özünü təmin edə bilən ölkədir. Əgər onun xaricdən köməyə ehtiyacı olsa belə, o, həyati problemin həllində - ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Bu konteksdə Özbəkistanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi birmənalı və dəyişməzdir. Xüsusilə, Özbəkistan Respublikası həmişə Dağlıq Qarabağ probleminin siyasi yolla həllinə görə çıxış edib və çıxış edir. Bununla yanaşı, onun nizamlanmasının başlıca şərtlərindən birini - biz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini hesab edirik.

Ümid edirik, dünya ictimaiyyətinin və ATƏT Minsk qrupunun iştirakı sayəsində regionun əsas maraqlı ölkələrinin köməyi ilə Azərbaycan bu problemin sülhlə həllinə nail olacaq.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alındı
Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 milyon dollar məbləğində xarici investisiya cəlb edəcək - Nazir
Enerji itkilərinin azaldılması əsas hədəflərimizdəndir - Pərviz Şahbazov
ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir - Sədr
Azərbaycanda yaşıl enerji layihələrini maliyyəçilərlə əlaqələndirmək üçün beynəlxalq platforma yaradılacaq
Hərbi Hava Qüvvələri "Bayraktar"larla təlim-məşq uçuşları keçirib (VİDEO)
ABŞ və Böyük Britaniya səfiri Ağdama səfər ediblər (FOTO)
UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib (FOTO)
British Council və ADA Universiteti biznes sahibkarları və tələbələri #mycreativespark forumu üçün bir araya gətirib (FOTO)
Prokuror "falçı" adı ilə qadından 2 milyon manat alan ər-arvada 23 il cəza istədi
Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir - Hikmət Hacıyev
Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır - Prezidentin köməkçisi
Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev
Mərkəzi Gömrük Hospitalının İT mütəxəssisi Microsoft Azure Administrator sertifikatına layiq görülüb
Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı
Azərbaycan xalqı həmişə sülh çağırışında olub - Hikmət Hacıyev
Muğanbank korporativ saytını yeniləyib
Zaqatalada narkokuryerə hökm oxundu
AFFA Canni De Byazi ilə müqaviləni uzatdı
Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Sabah hava yağmursuz keçəcək
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev
Bakıda bayram çadırlarının quraşdırılmasına başlanıldı (FOTO)
Bakı sakininin evindən silah çıxdı
Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir - ISESCO rəhbəri
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu göndərib
Noyabrda 9 nəfər minaların qurbanı olub
Distant təhsil real təhsili tam əvəz edə bilmir - Nazir
Dayanıqlı sülh daimi səylər tələb edir - BMT-nin ali nümayəndəsi
Mədəniyyəti hifz etmək üçün sülhə ehtiyacımız var - Elham Aişeyni (FOTO)
Prezident İlham Əliyevin sayəsində Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin mərkəzinə çevrilib - ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti (FOTO)
Dövlət Xidmətinin rəisi UNESCO-nun iclasında Ermənistanın təxribat xarakterli çıxışlarına cavab verib (FOTO)
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Xocavənddə silah-sursat aşkar edildi (VİDEO)
Gələn ilin bayram günləri açıqlanıb
Ermənistanın İqtisadiyyat Nazirliyində araşdırmalar aparılır
Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib
Regionlarda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri işə başlayacaq
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı
Bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib
Hazırda Azərbaycana 60-dan çox ölkənin vətəndaşları səfər edə bilər - Agentlik sədri
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev (FOTO)
Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir
Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT
Dəmirağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb (FOTO)
Laçında 2500-ə yaxın ağac əkilib (FOTO)
Qubada tanışını döyüb öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO/VİDEO)
Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib (FOTO)
Azərbaycanda pul bazası artıb
Toyda qayda pozan 4 nəfər cərimələndi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
Hacıqabul sakinlərindən narkotik götürülüb (FOTO)
Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
Evini tərk edən iki koronavirus xəstəsi barədə cinayət işi başlandı
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib - XİN
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Bütün xəbərlər