Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə XİN İsrailin Şərqi Qüdsdə və İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini kəskin şəkildə pisləyib. Bu barədə Trend Türkiyənin Xarici İçlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Qeyd olunur ki, İsrailin işğal edilmiş Fələstin ərazilərində məskunlaşma fəaliyyətini davam etdirməsi sülh prosesini çətinləşdirir.
Çərşənbə günü xəbər verilib ki, İsrail hakimiyyəti Şərqi Qüdsdə və İordan çayının qərb sahilində yəhudilər üçün 1285 ev tikmək niyyətindədir.
Məhz İsrailin Fələstin torpaqlarında məskunlaşma fəaliyyətini davam etdirməsi iki il bundan əvvəl Fələstin-İsrail sülh danışıqlarının pozulmasına gətirib çıxarmışdı.
Fələstinlilər İsrailin işğal olunmuş İordan çayının qərb sahilində və Şərqi Qüdsdə mənzillərin tikintisini dayandırmayacağı təqdirdə, danışıqları bərpa etməkdən imtina edirlər.
Öz növbəsində, İsrail hər hansı ilkin şərt olmadan dialoqun bərpa olunmasını tələb edir.