...

Radikal müxalifət milli təfəkkür problemi yaşayan destabilizator qüvvələridir

Siyasət Materials 23 Avqust 2013 17:18 (UTC +04:00)
Bəlli olduğu kimi, Azərbaycanın radikal müxalifətini özündə birləşdirən Milli Şurada vahid namizəd məsələsi həllini tapmadı.
Radikal müxalifət milli təfəkkür problemi yaşayan destabilizator qüvvələridir

Aydın Hüseynov - YAP Siyasi Şurasının üzvü

Bəlli olduğu kimi, Azərbaycanın radikal müxalifətini özündə birləşdirən Milli Şurada vahid namizəd məsələsi həllini tapmadı. Qurumda təmsil olunan, lakin Azərbaycanın siyasi və sosial sisteminə təsiri, nüfuzu olmayan Müsavat, AXCP, ACP, ALP və digərləri ortaq məxrəcə gəlmədən kəskin qarşıdurma mərhələsinə qədəm qoydu. Bununla da, bu günə qədər olduğu kimi bundan sonra da cəmiyyət üçün o qədər də maraq kəsb etməyəm həm Milli Şura, həm də onun daxilindəki proseslər verilən proqnozları doğrultdu. Yəni, Milli Şura qısamüddətli maraqlar ətrafında birləşmiş dağıdıcı müxalifət içərisində parçalanmanı daha da dərinləşdirdi və marginal qruplaşma təsirini bağışlayan radikal müxalifət milli siyasi proseslərdə anti-milli ünsür kimi seyt-not vəziyyətinə düşdü. Bununla belə, siyasi məkanda müşahidə etdiyimiz tendensiyalar radikal müxalifətlə bağlı digər nüansları da qabartdı və sosiuma təqdim etdi.

Aydınlaşdı ki, radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılıq hökm sürür, onlar dövlətə və milli maraqlara qarşı durur. Həmçinin, onlar özlərini cəmiyyətə siyasi sistemin, siyasi institutların, demokratiyanın, siyasi mədəniyyətin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkəni xaosa sürükləməyə çalışan, ancaq xarici anti-Azərbaycançı dairələrin siyasi direktivlərini həyata keçirən reneqatlar dəstəsi kimi göstərdilər. Hətta, Azərbaycanda demokratik mühit formalaşsa da, radikal müxalifət sivil siyasi mübarizə qaydalarına riayət edən instituta çevrilmək əzmində olmadığını, mövcud olan insan hüquqlarının yüksək səviyyədə təminatı şəraitindən, plüralizmdən, demokratik siyasi sistem quruluşundan, xüsusilə də, söz, ifadə və sərbəst toplaşmaq azadlıqlarından sui-istifadə edərək ölkəni anti-milli qüvvələrin poliqonuna çevirməyə cəhd göstərdiyini isbatladı. "Fəaliyyətinin" əsasında milli maraqların deyil, korporativ mənafenin və marginal qrup davranışlarının durması da radikal müxalifətin demokratik dəyərlərin və ideyaların daşıyıcısı olmadığını ortaya qoydu.

Bütün bunlar isə o əsası yaradır ki, xarici anti-Azərbaycan dairələrinin çirkin planlarının icraçısı kimi "beşinci kolon" rolunu alan, milli təfəkkür və düşüncə problemi yaşayan dağıdıcılar heç bir halda Azərbaycan cəmiyyətindən dəstək ala bilməyəcək. Azərbaycan dövlətinin hərtərəfli inkişafı ilə paralel siyasi şüur və siyasi mədəniyyət səviyyəsi də yüksələn cəmiyyətimiz dövlətçiliyə və milli maraqlara zidd addımlar atan, xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş destruktiv müxalifətin anti-milli çağırışlarına da cavab verməyəcək.

Beləliklə də, dağıdıcıların müəyyən zaman kəsiyində ətrafında "rezonans" yaratmağa çalışdığı Milli Şura gözləntilərin əksinə olaraq, radikal müxalifət düşərgəsinə ağır zərbələr vurdu. İnsanlar bir daha siyasi məkanın mənzərəsini aydın şəkildə gördü və seçimini dəqiqləşdirdi. Düşünürəm ki, xalq qarşıdan gələn 9 oktyabr prezident seçkilərində siyasi iradəsini ortaya qoymaqla, seçimini edəcək və 20 il ərzində keçirilmiş bütün seçkilərdə olduğu kimi bu dəfə də dağıdıcılara yerini göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti