...

Trend-də "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 24 Noyabr 2014 16:30 (UTC +04:00)
Bu gün Trend İnformasiya Agentliyində Azərbaycan, Rusiya və Ukraynanın qabaqcıl ekspert və politoloqlarının iştirakı ilə keçirilmiş "dəyirmi masa"da diskussiyaların əsas mövzusu "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" olub.
Trend-də "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Bu gün Trend İnformasiya Agentliyində Azərbaycan, Rusiya və Ukraynanın qabaqcıl ekspert və politoloqlarının iştirakı ilə keçirilmiş "dəyirmi masa"da diskussiyaların əsas mövzusu "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" olub.

Tədbirin təşkilatçıları Rusiyanın "Şimal-Cənub" Siyasi Mərkəzinin nümayəndəliyi və "Vestnik Kavkaza" analitik-informasiya agentliyidir.

"Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov "dəyirmi masa"da bildirib ki, cari il son 25 ildə mövcud olan dünya sisteminin sınma dövrü oldu: "Bütün dünya üçün xeyli sayda prioritet təqdim edən cari il başa çatır. Bu, Ukrayna üzündən deyil, Ukrayna ilə əlaqədar, daha doğrusu, dünya sisteminin uzun müddətdir yığılıb qalan yırğalanma hissi ilə bağlı özünü göstərib".

O, qeyd edib ki, 2014-cü il 25 il əvvəl Berlin divarının dağılmasından sonra başlayan dünya münasibətlərinin mövcudluğunun unikal formalarının başa çatmasına gətirib çıxardı: "Bu il son 25 ildir tab gətirən və olduqca sabit olan, iki ayağı üstə duran dünya sisteminin sınma dövrü oldu. Belə unikal dünya nizamı "soyuq müharibə"nin tamamlanmasından sonra bərqərar olub".

Ekspert son 25 ilin dünya nizamını "misilsiz tarixi sabit sistem" adlandırıb: "Bu nizam dünya proseslərinin olduqca yüksək idarəetmə səviyyəsini təmin edib. Son illər qorunan dünya balansı unikaldır. Bundan öncə və sonra beləsi artıq olmayacaq".

F.Lukyanovun sözlərinə görə, sabiq SSRİ-nin prezidenti Mixail Qorbaçov vaxtilə yeni dünya sistemindən danışırdı: "Soyuq müharibə" qurtardıqdan sonra yeni dünya sistemi, yeni dünya nizamı elan edildi. Bu barədə ilk dəfə Mixail Qorbaçov danışdı. Bu yeni dünya nizami bir sistemin dominantlığıdır. 2014-cü il hadisələri göstərdi ki, ABŞ dominantlıq edən birqütblü dünya qura bilmədi. Dünya nizamı bir dominantlıq edən element üzərində dayana bilməz".

Ekspertin fikrincə, hazırda dünya geosiyasətində baş verən hadisələr son onilliklərin dünya nizamının demontajından xəbər verir: "Rusiyaya və bu prosesdə hansı yer tutacağına gəlincə, bir çox müxtəlif ssenari yazmaq olar. İstənilən halda Qərb dünyasının indiyədək olan dominantlıq modeli qalmayacaq. Hazırda çoxsaylı bloklara bölünmə müşahidə olunur. İkiqütblü sistem daha olmayacaq. Birqütblü də olamayacaq. Nə olacağı isə məlum deyil".

Onun sözlərinə görə, SSRİ 1990-cı illərdə hələ tam dağılmamışdı: "Hazırda bu sərhədlərin natamamlığı keçmiş SSRİ-nin ərazisindən geniş yayılır. Yaxın Şərqdə hazırda baş verən hadisələr buna nümunədir. "İslam dövləti" fenomeni bu konfiqurasiyaların süni olmasının və bundan sonra belə olmayacağının sifarişidir. Kürd dövlətinin de-yure yaranma imkanı sarsıdıcı olacaq və göstərəcək ki, xəritələrin yenidən çəkilməsi ilə bağlı əbədi proses dayanmayacaq. Elə bir yüzillik olmayıb ki, həmin vaxt Avropada sərhədlər yenidən çəkilməsin və bu, davam edəcək. Hazırda 20 il mövcud olan Ukraynanın siyasi modelinin dağılması ilə bağlı qorxunc böhran fəal mərhələyə qədəm qoyan dünya sistemində həmin irimiqyaslı tərpənmənin xüsusu təzahürüdür".

Ekspert vurğulayıb ki, bütün bu proseslər Rusiyanın daxilindəki vəziyyətdə də əksini tapır: "Postsovet məkanında həmişə hazırda fəal mərhələyə qədəm qoyan aydın geosiyasi rəqabət müşahidə olunub. Bütün bunlar Rusiyanın daxilində çox mürəkkəb proseslərdə iz buraxır. Əgər dünya son 25 ildə inkişafının sabit modelini müəyyənləşdirməyibsə, bu, Rusiyaya da aiddir. Rusiya qlobal dünya sisteminin hissəsi olmadı, bu, qismən Rusiyanın üzündən, qismən də heç kəsin onu bu modelə buraxmağa hazırlaşmamasının üzə çıxmasından oldu".

Sonra ekspertlər diskussiyaları bağlı qapılar arxasında davam etdiriblər. Diskussiyalarda sosioloq, "Research & Branding Group" şirkətinin (Ukrayna) marketinq və sosial araşdırmalar üzrə direktoru Yevgeni Kopatko, "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru Mariya Sidelnikova, politoloq, ekspert, "Şimal-Cənub" mərkəzinin həmtəsisçisi, "Konsaltinq-Analitik-PR" birliyinin vitse-prezidenti İsmayıl Ağakişiyev, Bakı Banklararası Valyuta Birjasının prezidenti Fərhad Əmirbəyov, politoloq, ekspert Fikrət Sadıqov, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski, "İnterfaks-Azerbaydjan" agentliyinin direktoru Aleksandr İvanov, "Novosti-Azerbaydjan" agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti