...

Azərbaycan-İran münasibətləri bir çox ölkələr üçün yaxşı nümunə ola bilər

Siyasət Materials 24 Fevral 2016 17:03 (UTC +04:00)
İran və Azərbaycan arasında olan münasibətlər bir çox dövlətlər üçün yaxşı nümunə ola bilər.
Azərbaycan-İran münasibətləri bir çox ölkələr üçün yaxşı nümunə ola bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

İran və Azərbaycan arasında olan münasibətlər bir çox dövlətlər üçün yaxşı nümunə ola bilər. Bunu Trend-ə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri dünya üçün İran üzərindən sanksiyaların götürülməsindən sonra ilk səfərlərdən biri sayılır.

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan heç zaman İrana qarşı sanksiyaların tətbiqinin tərəfdarı olmayıb. Deputat hesab edir ki, İranla olan münasibətlər siyasi müstəvidə siyası yollarla həll edilməlidir.

Azərbaycanın İrana qarşı hər hansı kampaniyada iştirak etmədəyini vurğulayan A.Mirzəzadə əlavə edib ki, yaxşı qonşuluq ilk növbədə münasibətlərin və qonşunun qorunmasıdır.

Onun sözlərinə görə, İran-Azərbaycan arasındakı münasibətlər daim daha yaxşı olmağa doğru gedən münasibətlərdir: "Fərqli siyasi sistemlərimizin, bir sıra məsələlərə fərqli yanaşmamızın olmasına baxmayaraq, iki ölkə mehriban qonşuluq münasibətlərinin saxlanılması, ümumi nöqtələrin axtarılmasına səy göstərən nümunəni ortaya qoya bilərlər. Vaxtaşırı bu iki ölkənin rəhbərləri, rəsmi nümayəndələri səfərlər edərək münasibətləri daha da dərinləşdiriblər".

Azərbaycanla İran arasında bütün sahələr üzrə əməkdaşlığın olduğunu söyləyən işçi qrupun üzvü bildirib ki, hər rəsmi səfər zamanı əməkdaşlığın daha da dərinləşməsi, yeni istiqamətlər üzrə əməkdaşlığın aparılması üçün işlər aparılır: "Bu səfər zamanı da Azərbaycan xoş münasibətini ortaya qoydu. Bir çox sahələrdə, o cümlədən iki ölkə üçün maraqlı olan neft-qaz sahəsində əməkdaşlıq da çox ciddi müzakirə edildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti