...

Azərbaycan İranın dünya bazarlarına çıxması üçün tranzit ölkə ola bilər

Siyasət Materials 24 Fevral 2016 19:01 (UTC +04:00)
Azərbaycan İranın Avropaya, dünya bazarlarına çıxışını təmin etmək üçün tranzit ölkə rolunu oynaya bilər.
Azərbaycan İranın dünya bazarlarına çıxması üçün tranzit ölkə ola bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan İranın Avropaya, dünya bazarlarına çıxışını təmin etmək üçün tranzit ölkə rolunu oynaya bilər. Bunu Trend-ə Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.

Bunu hər iki ölkə üçün çox faydalı bir əməkdaşlıq hesab edən deputat Azərbaycanın həmişə İrana qarşı sanksiyaların tətbiqinin əleyhinə olduğunu da xatırladıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri həm siyasi, həm də iqtisadi sahədə iki qonşu və dost ölkə arasında əməkdaşlığın, qarşılıqlı münasibətlərin və əlaqələrin inkişafında yeni bir mərhələ, yeni bir dövr açıb.

E.İbrahimov qeyd edib ki, səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm tarixi sənədlər imzalanıb. Bu sənədlər Azərbaycan-İran əməkdaşlığının vacib sahələrini əhatə edərək əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır: "Dünyada, regionda cərəyan edən hadisələrin, bir-birini sürətlə əvəzləyən müxtəlif proseslərin fonunda belə bir səfərin yüksək səviyyədə baş tutması da olduqca vacib və əhəmiyyətlidir. Əslində, İranla Azərbaycan arasında əlaqələrin, qarşılıqlı münasibətlərin inkişafı, dərinləşməsi təkcə iki ölkə üçün deyil, ümumilikdə region, dünya üçün çox əhəmiyyətlidir. Bu səfər həm də iki qonşu arasında münasibətlərin gərginləşməsində maraqlı olan bəzi dairələrə layiqli bir cavab və mesaj oldu. Hər iki ölkə rəhbərliyi İranla Azərbaycanın əməkdaşlığının, münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və bundan sonda da inkişaf edəcəyini bəyan etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti