...

Deputat: Azərbaycan və İran arasında imzalanan sənədlər birgə layihələrə təkan verəcək

Siyasət Materials 25 Fevral 2016 11:02 (UTC +04:00)
“Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini çox yüksək qiymətləndirirəm. Bu səfər Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrdə irəliyə doğru yeni bir addımdır”.
Deputat: Azərbaycan və İran arasında imzalanan sənədlər birgə layihələrə təkan verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini çox yüksək qiymətləndirirəm. Bu səfər Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrdə irəliyə doğru yeni bir addımdır". Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, səfər çərçivəsində iki ölkə arasında çox mühüm sənədlər imzalandı: "Azərbaycan hər zaman İranı bütün beynəlxalq təşkilatlarda dəstəkləyib. İran Azərbaycan üçün yaxın, dost dövlətdir və iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev daim bəyan edib ki, Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub".

Millət vəkili qeyd edib ki, Azərbaycanın bu məsələdə mövqeyi həmişə dəyişməz olaraq qalıb, çünki Azərbaycan həmişə İrana dost münasibəti bəsləyib və bu əlaqələr də yüksələn xətlə inkişaf edir: "Eyni zamanda, İran Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ məsələsində mövqeyini dəstəkləyir və biz ümidvarıq ki, İran bu məsələnin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsində daim Azərbaycanın yanında olacaq".

B.Əliyevin sözlərinə görə, səfər zamanı iqtisadi sahədə imzalanmış qarşılıqlı sənədlər şübhəsiz ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsinə, idxal-ixrac əməliyyatlarına, birgə layihələrə təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti