...

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu

Siyasət Materials 5 İyun 2020 11:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri məlum olub. Trend-in məlum olub.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri məlum olub.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra aşağıdakı şəxslərin namizədliyi təsdiq olunub:

Əliyev Adil Abış oğlu – Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,

Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirbəşir oğlu Elşad – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirzəyev Səfa Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

Qeyd edək ki, komissiyanın 5 üzvü Milli Məclis, 5 üzvü Konstitusiya Məhkəməsi, 5 üzvü isə Prezident tərəfindən təyin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti