...

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibinə dəyişiklik edildi

Siyasət Materials 28 İyun 2022 15:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Korrupaiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərarına edilən dəyişikliyi təsdiq edib.

Dəyişikliyə əsasən, “Mirzəyev Səfa Abbas oğlu – Milli Məclisin Aparat rəhbəri” sözləri “Hacıyev Fərid Famil oğlu – Milli Məclisin Aparat rəhbəri” sözləri ilə əvəz edilir.

Qeyd edək ki, bir müddət öncə Səfa Mirzəyev təqaüd yaşı ilə əlaqədar Milli Məclisin Aparat rəhbəri vəzifəsindən gedib, onun yerinə isə Hacıyev Fərid Famil oğlu təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti