...

Aİ xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarını dəstəkləyir - Toivo Klaar

Siyasət Materials 16 İyul 2022 01:10 (UTC +04:00)
Aİ xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarını dəstəkləyir - Toivo Klaar

Bakı. Trend:

Avropa İttifaqı (A) xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarını dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və baş nazirin müavini Şahin Mustafayevlə əla görüşlər oldu. Sülh prosesinin vəziyyəti qiymətləndirildi. Sabah Gürcüstanda xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarına Aİ-nin dəstəyi ifadə olundu", - deyə T.Klaar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti