...

Ermənistanda Bakının təzyiqinin nəticəsi kimi daha bir dövlət uydurması

Siyasət Materials 5 Oktyabr 2022 14:45 (UTC +04:00)
Ermənistanda Bakının təzyiqinin nəticəsi kimi daha bir dövlət uydurması

Bakı. Trend:

Dünyanın müxtəlif ölkələrində, belə deyək, çox əlamətdar bayramlar olur. Bunlar hər zaman adi kuryozlar olmur. Belə ki, məsələn, 19-cu əsrin sonunda İkinci Sakit Okean müharibəsi nəticəsində dənizə çıxışını itirmiş Boliviya öz donanmasını Titikaka gölündə saxlayır və hər il "Dəniz günü"nü qeyd edir. Bu, hamıya və hər şeydən əvvəl özünə mesajdır ki, orada məğlubiyyətlə barışmayıblar və hələ də itirilmiş əraziləri qaytarmağı gözləyirlər. Monoetnik Ermənistanda məlum olub ki, təzəlikcə Milli azlıqlar günü qeyd olunur. Aydındır ki, bu, Bakının uğurlu informasiya hücumunun təsiri altında və ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin monoetnik Ermənistanı təkrəngli xalça ilə müqayisə edərək və dünya ictimaiyyətinin diqqətini dörd tərəfdən polietnik Azərbaycan, Gürcüstan, Türkiyə və İranla əhatə olunmuş Ermənistanın təkmillətliylinə cəlb edən sözlərindən sonra həyata keçirilib. İndi də bu ölkənin baş naziri hətta bu münasibətlə xüsusi mesaj da dərc edir və burada ikiüzlü şəkildə deyir: “Ermənistanın milli azlıqları dünya xalqları ailəsinin bir hissəsi kimi Ermənistan əhalisinin ayrılmaz hissəsini təşkil edir və Ermənistanı öz orijinal kimliyi ilə zənginləşdirir”, “bu günü ölkəmizin bayramları siyahısına salmaqla biz həm də ictimaiyyətin diqqətini ölkəmizin kiçik, lakin vacib hissəsinə: çiyin-çiyinə yaşayan müxtəlif millətlərin nümayəndələrinə, onların kimliyinə, tanınması və problemlərin həlli cəlb etmək istəyirik” və s.

Amma onlar yalnız Ermənistanda eyni həmin milli azlıqların olub-olmadığını qeyd etməyi unudublar.

Əlbəttə ki, “gərgin fəaliyyəti təsvir etmək” üçün, məsələn, Rimma Varjapetyan yəhudi icmasının başçısı qismində KİV-də təqdim edilə bilər. Amma reallıqda Ermənistan nadir ölkələrdəndir ki, burada erməni dilindən başqa dildə təhsil almaq prinsipcə mümkün deyil. Fioletovo kəndində rus dilində dərs keçilən məktəb var, lakin bu təhsil müəssisəsi Rusiya səfirliyinin himayəsi altındadır və orada tədris Rusiya kurikulumuna uyğun aparılır. Aşkar təzyiq altında rus sinifləri açılıb, lakin bu siniflərə yalnız ən azı bir valideyni milliyyətcə erməni olmayan uşaqları qəbul etiblər.

Ancaq daha vacib olan başqa bir şeydir.

Ermənistan Azərbaycanın İrəvan xanlığının torpaqlarında yaradılıb və 19-cu əsrin birinci yarısında imzalanmış Türkmənçay müqaviləsinə qədər burada nəzərəçarpacaq dərəcədə erməni mövcudluğu olmayıb. Ermənilərin köçürülməsinə Artıq Türkmənçay müqaviləsi əsasında başlanılır. Bununla belə, hətta 1828-ci ildə on minlərlə müsəlmanın İrana və Osmanlıya qaçması və oradan 120 min erməninin İrəvana, Qarabağa və Naxçıvana köçürülməsini nəzərə alaraq rus ordusunun İrəvana gəlməsinə baxmayaraq İrəvan xanlığının əhalisinin tərkibində müsəlmanların payı 70 faizdən çox idi.

Yəni ermənilərin özləri bu torpaqlarda milli azlıq olublar. Amma sonra...

Bioloqlar, daha doğrusu, ornitoloqlar yaxşı bilirlər: anasının atdığı yumurtadan güclə çıxan quqular yuva sahiblərinin doğma balalarını dərhal yuvadan atırlar. İrəvan xanlığının torpaqlarına köçürülən ermənilər də məhz bu cür davranırlar. Əvvəlcə, köçürülmə fonunda yerli sakinlərə, azərbaycanlılara məxsus torpaqların kütləvi şəkildə zəbt edilməsi başlayır.

1918-ci ildə Rusiya imperiyasının süqutu fonunda erməni millətçiləri Zəngəzurda azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə təşkil edirlər - erməni quldur dəstələrinin başçısı, sonradan hitlerçilərin xidmətinə keçmiş Qaregin Njde kəndlərin dağıdılmasını "azadetmə" adlandırırdıSovet illərində - bir sıra deportasiyalar baş verib. Və nəhayət, 1988-ci ildən sonra Ermənistanın köklü azərbaycanlı əhalisi oradan tamamilə qovulub.

Eyni zamanda toponimikanın “etnik təmizlənməsi” baş verib. Rusiya hərbi topoqraflarının tərtib etdiyi xəritələrdə bir dənə də olsun erməni adı yoxdur - sırf türkcə, azərbaycanca çayların, kəndlərin, şəhərlərin, dağların, göllərin adları var... Bu gün Ermənistanın xəritələrindəki bütün tarixi toponimika silinib. İstisu “Cermuk”a, Zəngə çayı “Razdan”a, Göyçə gölü “Sevan”a çevrilib...

Memarlığın “etnik təmizlənməsi” dəbundan daha az vəhşiliklə olmayıb. İrəvanın tarixi tikililərinin dağıdılmasını xatırlatmaq kifayətdir - yeddi məsciddən altısı, Xan sarayı, İrəvan qalası dağıdılıb... Nəticədə İrəvanın bu gün öz tarixi mərkəzi yoxdur. Sonra Ermənistanın işğal etdiyi Azərbaycan Qarabağında da eyni şey baş verdi. Erməni olaraq doğulmayanların hamısı, azərbaycanlılar, kürdlər, yunanlar, ruslar oradan da qovulub... Davamlı etnik təmizləmə nəticəsində bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda 67 65-i məsciddən, yaşayış binaları, muzeylər məktəblər, qəbiristanlıqlar dağıdılıb... Şəhər və kəndlərə erməniləşdirilmiş adlar verildi: Cəbrayıl "Crakan", Laçın "Berdzor", Füzuli "Varanda" oldu. ..

Çoxmillətli Cənubi Qafqazın əhatəsində olan ksenofob monoetnik “ada”ya çevrilmiş Ermənistan Qarabağda da eyni siyasəti həyata keçirirdi.

İndi də Ermənistan hakimiyyəti öz ölkəsində “Milli azlıqlar günü” elan edərək bir növ “rebrendinq” həyata keçirmək qərarına gəlib.

Peşəkar lobbiçilərdən başqa kim bu ucuz hiyləyə aldanacaq?

Fuad Axundov

Politoloq

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti