...

Lavrov Azərbaycanla Ermənistanın sülh sazişindən danışdı

Siyasət Materials 19 May 2023 17:49 (UTC +04:00)
Lavrov Azərbaycanla Ermənistanın sülh sazişindən danışdı

Bakı. Trend:

Sülh sazişi ayrıca mövzudur. Tərəflər onun üzərində işləməyə başlayıb

Trend cümə günü xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanla üçtərəfli görüşün yekunları barədə deyib.

"Hazırda o həmçinin digər vasitəçiləri də cəlb etməklə aktiv şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər etdilər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə bundan əvvəl Brüsseldə görüşdülər. Sülh sazişi üzərində iş şübhəsiz əsasdır. Lakin bu gün tərəfdaşlarımız təsdiqlədilər ki, demilitasiya, nəqliyyat və iqtisadi əlaqələri açmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində vəziyyət ümumi yaxşılaşmadan sülh sazişinin konkret aspektləri üzrə irəliləmək çətindir", - o deyib.

Lavrov qeyd edib ki, həmkarları liderlərin adıçəkilən üçtərəfli bəyanatları və qeyd olunan istiqamətlərin hər biri üzrə davam edən əlaqələr üzrə həyata keçirilən ümumi səylərdəki aparıcı roluna görə Rusiya tərəfinə minnətdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti